Главная » 2009 » Март » 10 » В чём проблема?
10:21
В чём проблема?
Учредителей организации «Дир Ватан» (Моя Отчизна) из Закаталы, вынудили обратиться к президенту Азербайджана. Как следует из материалов поступивших в распоряжение Alazan-INFO, "Дир Ватан" ставит целью защиту и развитие этно-культурной самобытности аварского народа, его языка, традиций, просвещению подрастающего поколения в духе интернационализма и толерантности в Азербайджане (более подробно о целях и задачах можно узнать из текста Устава организации, который приводится ниже). Однако, не смотря на то, что организация была учреждена ещё год назад педагогами и членами местного самоуправления, преимущественно из сёл представленных аварцами Закатальского района (Динчи, Макау, Гугам, Эхеди Тала, Бехей Чурдух и др.), а также не смотря на то, что учредители во всём следуют букве Закона, вот уже как год с лишним процедуре регистрации «Дир Ватан» сопутствуют невероятные отписки чиновников, суть которых, может привести к умозаключению о том, что в республике и в правду существует предвзятое отношение к инициативам, поступающим от этнических меньшинств. Как свидетельствуют факты, учредители этно-культурного центра «Дир Ватан», желая получить статус юридического лица, обращалась в установленном законодательством порядке в соответствующий орган исполнительной власти Азербайджанской Республики для государственной регистрации и внесения в государственный реестр как юридическое лицо, но эти обращения отклоняются. Как следует из Устава, цели и задачи, которые преследует «Дир Ватан», весьма гуманные и могли бы пойти на пользу развитию демократии в республики. В то время, когда подобные инициативы  граждан республики должны были бы привествоваться в силу того, что  обуза, которую возлагают на себя учредители подобных организаций, является нелёгкой, а конечный результат пойдёт на пользу мира и порядка в регионах, у ряда чиновников существует негласное, превратное понимание того,  что должно сделать Азербайджанскую республику сильной пред лицом угроз, о которых свидетельствует развитие общественно-политических событий на Кавказе и в мире в целом. Не приходится сомневаться в том, что подрывая основы внутри государства, такие чиновники создают благоприятную почву для дискредитации Азербайджана в глазах мировой общественности. 
Предлагаем Вашему вниманию текст обращения учредителей этно-культурного центра «Дир Ватан» к Президенту Азербайджана и дабы избежать разночтений относительно благих целей центра "Дир Ватан", публикуем и текст Устава организации (на азербайджанском языке):

*** *** ***

”Dir Vatan” MMM-nin təsisçilərinin 
Azərbaycan Respublikasının Prezidenti 
İlham Əliyev Cənablarına Müraciəti 


Surəti: Ədliyyə Naziri cənab Fikrət Məmmədova 
Surəti: İnsan Hüquqları Müvəkkili Ombudsman xanım Elmira Suleymanovaya 
Surəti: Sülh Və Demokratiya İnstitutunun Direktoru xanım Leyla Yunusovaya 

Cənab Prezident, Sizi yenidən Dövlətimizin Başçısı seçilməyiniz münasibəti ilə təbrik edirik və işinizdə uğurlar arzulayırıq. Son illərdə ölkəmizdə hər bir sahədə əldə edilmiş uğurlar danılmazdır və hamımızı sevindirir. Ölkəmizdə siyasi sabitliyin və iqtisadi inkişafın təmin olunmasında fəaliyyətdə olan qeydiyyatdan keçmiş qeyri-hökumət təaşkilatların rolu haqqında kütləvi informasiya vasitələrinin məlumatları əhalidə onlara inam hissini artırır. Çoxsaylı qeyri-hökumət təaşkilatlarının məhsuldar fəaliyyətinə Prezident qayğısı onlarda ruh yüksəkliyi oyadır. Məhz buna görə də regionumuzda bir sıra problemlərin həllində Dövlətə dəstək ola biləcək bir ictimai qurum yaratmaq qərarına gəldik və ”Dir Vatan” Milli-Mədəniyyət Mərkəzi - qeyri-hökumət təşkilatını təsis etdik. 
Qurumun Dövlət qeydiyyatına alınması üçün 07.01.2008-ci il tarixində müvafiq icra hakimiyyəti orqanına, Ədliyyə Nazirliyinə müraciət etdik. Bizi Nazirliyin məsul işçisi Həsən müəllim qəbul etdi. Təqdim etdiyimiz sənədlərin Hüquqi Şəxslərin Dövlət Qeydiyyati və Dövlət Reyestri Haqqinda Azərbaycan Respublikasının Qanuna müvafiq olmadığını nəzərimizə çatdırılaraq, göstərilən iradları aradan qaldırmaq üçün sənədlərimiz geri qaytarıldı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Üzrə Təlimatın 3.5 maddəsinə görə qeydiyyat üçün tələb olunan sənədlərin nümunələri ilə tanış olmağa hüququmuz olduğu halda Həsən müəllim xahişimizə əhəmiyyət verməyərək bizə belə şərait yaratmadı və qəbul otaqında da bu barədə məlumat xarakterli heç nəyi dörmədik.Yalnız şifahi məlumatla kifayətlənməli olduq. 
Göstərilən iradlar aradan qaldırılmaqla sənədlər toplosu fevral ayının ikinci yarısında Həsən müəllimə təqdim olundu. Bu dəfə Həsən müəllim bu adda başqa təşkilatın mövcud olduğunu söyləyərək yenə də sənədlərimizi qaytardı. 
Təşkilatın adını yenisi ilə əvəz edərək 11 mart 2008-ci il tarixində sənədlərimizi yenidən Həsən müəllimə təqdim etdik. Sənədlər qəbul olundu. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Üzrə Təlimatın 3.4 maddəsinə zidd olaraq tələbimizə əhəmiyyət verməyən Həsən müəllim sənədlərin qəbulu barədə bizə hec bir rəsmi sənəd vermədi. 
2008-ci il aprel ayının birinci yarısında Nazirliyin əməkdaşı Rüstəm müəllim bizi Nazirliyə dəvət etdı.Tanışlıq xarakterli görüşümüzdə Rüstəm müəllim qanuna müvafiq olaraq 30 iş günü müddətində sənədlərə baxılıb cavab veriləcəyini söylədi. 28.04.2008-ci il tarixində aldığımız rəsmi məktubda sənədlərə baxılma müddətinin daha 30 iş günü qədər uzadıldığı qeyd olunmuşdu. Məktubda ğeyd olunan müddət keçdikdən sonra 04.06.2008-ci il tarixində yenə də Ədliyyə Nazirliyinə yol açdıq. Çünki sənədlərin qəbul olunduğu 11.03.2008-ci il tarindən 04.06.2008-ci il tarixinədək 65 iş dünündən çox müddət keşmiçdir. Bu isə Hüquqi Şəxslərin Dövlət Qeydiyyati və Dövlət Reyestri Haqqinda Azərbaycan Respublikasının Qanunun 8.2 maddəsi ilə müəyyən edilən vaxtdan çoxdur. Ona görə də həmin qanunun 8.5 maddəsinə görə təşkilat Dövlət qeydiyyatına alınmış hesab olunmalı idi. Nazirlikdə bizi Həsən müəllim qəbul etdi. Bizə sənədlərimizin qaytrılması barədə 03.06.2008-ci il tarixli cavab məktubu təqdim edildi. Həmin məktubda bizdən Hüquqi Şəxslərin Qeydiyyat Məsələləri Üzrə Metodik Vəsaitdə göstərilməyən sənədlər də tələb olunurdu. Biz belə tələblərə öz etirazımızı bildirsək də məktubda qeyd olunan iradları aradan qaldıraraq təşkilatımızın Dövlət qeydiyyatına alınması üçün sənədlərimizi növbəti dəfə 23.06.2008-ci il tarixində Ədliyyə Nazirliyinə poçtla göndərdik və 18.08.2008-ci il tarixindək cavabı gözlədik.Qanunla müəyyən edilmiş vaxtdan artıq vaxt keçməsinə baxmayaraq müraciətimizə cavab gəlmədi və yenidən Ədliyyə Nazirliyinə getməli olduq. 
Bu dəfə Həsən müəllim poçtla bizə cavab məktubunun göndərildiyini söylədi. Məktubun mövzusu ilə tanış olmaq istədikdə Nazirlikdə məktubun surəti tapılmadı. Aradan bir neçə gun keçəndən sonra Nazirlikdən 18.08.2008-ci il tarixində yazılmış məktub aldıq. Bu dəfə sənədlərimizə tam başqa iradlar tutulmuşdu. Bu isə "Hüquqi şəxslərin dövlət qeydiyyati və dövlət reyestri haqqinda" Azərbaycan Respublikasının Qanununa ziddir. Həmin qanunun 8.4 maddəsinə görə bütün çatışmazlıqlar eyni vaxtda aşkar edilməli və aradan qaldırılması üçün müraciət edənə təqdim edilməlidir. 
Ədliyyə Nazirliyinin əməkdaşlarının "Hüquqi şəxslərin dövlət qeydiyyati və dövlət reyestri haqqinda" Azərbaycan Respublikasının qanunun tələblərinə əməl etməmələri bizi məyus etdi. Yazdıqlarımıza sübut olaraq Ədliyyə Nazirliyindən aldıqlarımız məktubların surətlərini Sizə təqdim edirik. Bu barədə Ədliyyə Nazirliyinə məktubla müraciət etdik, lakin müraciətimiz cavabsız qaldı. 
Cənab Prezident, bütün bunları nəzərə alaraq probləmimizin həlli üçün müvafiq göstəriş verməyinizi xahiş edirik. 

1  Qurbanov Şamil Nəcməddin oğlu (Zaqatala rayonu Göyəm kəndi) 
2. Abdullayev Məmmədkamil Molla oğlu (Zaqatala rayonu Maqov kəndi) 
3. Əhmədov Saleh Nurməmməd oğlu (Zaqatala rayonu Yuxarı Tala kəndi) 
4. Viciləyev Muhuma Kamil oğlu (Zaqatala rayonu Danacı kəndi) 
5. Mustafayev Yunus Nürəddin oğlu (Zaqatala rayonu Danacı kəndi) 
6. Bədirov Məhəmməd Ramazan oğlu (Zaqatala rayonu Aşağı Cardaxlar kəndi) 
7. İsmayılov Əhməd Əsəbəli oğlu (Zaqatala rayonu Maqov kəndi)

*** *** ***
УСТАВ ОРГАНИЗАЦИИ

Dir Vatan Milli-Mədəniyyət Mərkəzinin Nizamnaməsi

1. Əsas müddəalar
1.1. Dir Vatan Milli-Mədəniyyət Mərkəzi ( sonrakı yazılarda Mərkəz) öz milli irsinin qorunub saxlanılmasında müstəqil fəaliyyət göstərən qeyri-hökumət təşkilatı olub, bu məqsədlə Azərbaycan Respublikasında yaşayan Avarları öz ətrafında birləşdirən ictimai birlikdir. 
1.2. Mərkəzin fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası.qanunları,və digər hüquqi normativ aktları ilə tənzimlənir.
1.3. Mərkəzin hüquqi forması qeyri-hökumət təşkilatıdır.
1.4. Mərkəzin əsas fəaliyyət prinsipləri: 
1.4.1. Qanunlara hörmət.vətəndaşların öz iradələrini müstəqil ifadə etmək hüquqlarını qorumaq;
1.4.2. Maariflənmə və təhsilin səviyyəsini yüksəltməklə kadr potensialını artırmaq; 
1.4.3. Ölkədə yaşayan digər xalqların adət-ənənələrinə,dilinə,dininə,hörmətlə yanaşmaq və bu istiqamətlərdə dövlətin dəstəyini qazanmaqdır.
1.5. Mərkəzin fəaliyyətində Azərbaycan Respublikası Konstitusiysına,qanunlara və digər hüquqi normativ aktlara zidd hərəkətlər yol verilməzdir.
1.6. Mərkəz Azərbaycan Respublikasının müvafiq İcra Hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi andan hüquqi təşkilat (şəxs) sayılır.
1.7. Mərkəzin öz bank hesabı, adı qeyd olunmuş möhürü, ştampı və emblemi vardir.
1.8. Mərkəz Beynəlxalq qeyri-hökumət təşkilatı olub Azərbaycan Respublikası,Türkiyə və Rusiya Federasiyası dövlətlərini əhatə edir.
1.9. Mərkəzin ünvanı: Zaqatala rayonu, Maqov kəndı. Tel: mob: 050 419 70 58.

2. Mərkəzin əsas məqsədləri 

2.1.Avar xalqının dilinin, adət-ənənələrinin, milli mədəniyyətinin inkişafına yardım etmək, tarixi və mədəniyyət abidələrinin qorunmasını təmin etmək.Bu məqsədlə mədəni–kütləvi tədbirlərin keçirilməsinə maaliyyə vəsaitlərynin toplanması üçün fondlar yaratmaq.
2.2.Vətəndaşların milli qürurunun qorunmasına, Konstitusiya hüquqlarının və azadlıqlarlarının təmin olunmasına nail olmaq. Millətçiliyə və yerlibazlığa qarşi mübarizə aparmaq.
2.3.Ölkədə və xaricdə fəaliyyət göstərən qeyri-hıkumət və dövlət orqanları ilə əlaqə yaratmaq.

3. Mərkəzin hüquqları 
3.1. Mərkəzin mövcud qanunvericiliklə müəyyən olunmuş aşağıdakı hüquqları vardır: 
3.1.1. Milli-mədəni proqram və layihələrin gerçəkləşdirilməsi istiqamətlərində Dövlət hakimiyyəti orqanlarından dəstək almaq;
3.1.2. Ölkədə Avarların milli-mədəni irsi və tarixi barədə milli dildə informasiya almaq və yaymaq;
3.1.3. Milli–mədəni irsi qoruyub zənginləşdirmək və milli-mədəni dəyərlərinə sahib durmaq;
3.1.4. Bədii xalq yaradıcılığını inkişaf etdirmək məqsədi ilə müxtəlif mədəni-kütləvi tədbirləri keçirmək;
3.1.5. Milli-mədəni dəyərləri əks etdirən muzeylər açmaq;
3.1.6. Milli irsi tədqiq və təbliğ edən bədii özfəaliyyət dərnəkləri təşkil etmək;
3.1.7. İctimai yerlərdə bayram şənlikləri, festivallar, baxışlar və idman yarışlari keçirmək;
3.1.8. Azərbaycan, Avar və digər dillərdə tarixi, bədii, folklor, musiqi, etnoqrafik məlumatları əks etdirən vəsaitləri nəşr etdirmək və yaymaq;
3.1.9. Dövlət orqanlarında və ictimai təşkilatlarda öz üzvlərinin hüquq və mənafelərini təmsil etmək və qorumaq; 
3.1.10. Xarici dövlətlərdə fəaliyyət göstərən təşkilatlarla milli-mədəni irsi qorunub saxlanılmsaı . inkişaf etdirilməsi məqsədi ilə əlaqələr yaratmaq;
3.1.11. Azərbaycan Respublikası qanunlarına müvafiq xarici ölkə vətəndaşları və icyimai təşkilatları ilə humanitar əlaqələri yaratmaq.

4.Mərkəzin üzvləri və onların hüquqlari
4.1. Mərkəzin üzvlüyünə qəbul vətəndaşların könüllülüyü əsasında həyata keçirilir.
4.2. Mərkəzin Nizamnaməsini, fəaliyyət məqsədlərini qəbul edən istənilən şəxs ( Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları istisna olmaqla) Mərkəzin üzvü ola bilər.
4.3.Üzvlər bərabərhuquqludurlar.Onlar Mərkəzin rəhbər orqanlarına seçilə bilərlər.Üzvlər rəhbər orqanlarının fəaliyyətınə nəzarət edə bilərlər. 4.4. Üzvlər Mərkəzin Nizamnaməsinə ciddi riayət etməlidirlər.Əks təqdirdə təsisçilərin qərarı ilə onların üzvlüyünə xitam verilə bilər. Üzv bu qərar ilə razılaşmadıqda məhkəməyə müraciət edə bilər.
4.5.Mərkəzin üzvü olması vətəndaşın hüquq və azadlığının məhdudlaşdırılması, yaxud qanunla müəyyən edilmiş vəzifələri yerinə vetirməməsi üçün əsəs ola bilməz.

5. Mərkəzin köməkciləri
5.1. Münasibətlərini təşkilati cəhətdən rəsmiləşdirmədən Mərkəzin fəaliyyənində müxtəlif kömək və xidmətlər gosərməklə bu təşkilatı dəstəkləyən Azərbaycan Respublikasında və xarici ölkələrdə fəaliyyət göstərən fiziki və hüquqi şəxlər (Dövlət hakimiyyəti və yerli özünü idarə orqanları istisna olmaqla) Mərkəzin kövəkçisi ola bilərlər.
5.2. Köməkcilərin mövcudluğu və onların hüquqi statusu ictimai birliyin təsis sənədləri ilə müəyyən edilir.

6. Mərkəzin fəaliyyəti 
6.1. Mərkəzin Azərbaycan Respublikası qanunvericiliyi ilə qadağan olunmayan və Nizamnamədə nəzərdə tutulan məqsədlərə zidd olmayan hər hansı fəaliyyət növünü ölkə daxilində və xaricində həyata keçirə bilər.
  
7. Mərkəzin əmlakının formalaşdırılma mənbələri
7.1. Mərkəzin mülkiyyətində qanunvericiklə qadağan olunmamış növlərdə əmlak ola bilər.
7.2. Təsisçilərin, üzvlərin və köməkçilərin müntəzəm və ya birdəfəlik verdikləri maaliyyə vəsaitləri və əmlak, könüllü verilən ianələr, malların satılmasından .xidmətlər göstərilməsindən, işlər görülməsindən daxil olmalar, səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınmış dividendlər, öz əmlakının icarə verilməsindən və satılmasından əldə olunan gəlirlər, qrantlar və qanunvericiklə qadağan olunmayan digər gəlirlər Mərkəzin əmlakın formalaşdırma mənbələridir.
7.3. Mərkəz öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respubliksası qanunlarına uyğun olaraq özgəninküləşdirilə bilər.
7.4. Mərkəzin əldə etdiyi gəlir təsisçilər, üzvlər və köməkçilər arasında bölüşdürülməyərək yalnız təşkilatın ümumi məqsədlərinə yönəldilməlidir.
7.5. Mərkəz sahibkarlıq fəaliyyətini həyata keçirə və bizneslə məsğul ola bilər.
7.6. Mərkəzin məşğul ola biləcək fəaliyyət növləri üçün məhdudiyyət yalnız qanunla müəyyən olunur.

8. Mərkəzin idarə edilməsi 
8.1. Mərkəzin ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağrılan ümumi yığıncaqdır.
8.2. Ümumi yığıncaq icra orqanının, təsiscilərinin birinin və ya üzvlərinin ücdə bir hissəsinin təşəbbüsü ilə çağrılır.
8.3. Ümumi yığıncağın səlahiyyətlərinə aşağıdaı məsələlərin həlli aiddir: 
8.3.1. Mərkəzin Nizamnaməsinin qəbulu və ona dəyişiklər edilməsi;
8.3.2. Mərkəzin əmlakının formalaşdırılması və istifadə prinsiplərinin müəyyən edilməsi;
8.3.3. Mərkəzin icra orqanlarının yaradılması və vaxtından əvvəl xitam verilməsi;
8.3.4. Mərkəzin idarə heyətinin illik hesabatının təsdiq edilməsi;
8.3.5. Mərkəzin başqa təşkilatlarda iştirakı;
8.3.6. Mərkəzin ləğv edilməsi və yenidən təşkili.
8.4. Mərkəzin ümumi yığıncağın tarixi və yeri haqqında təsisçilərinə və üzvlərinə ən azı iki həftə əvvəl məlumat verilməlidir.
8.5. Ümumi yığıncaqda yalnız 50% -dən çox təsisci və 50%-dən çox üzvü iştirak etdikdə Nizamnaməyə dəyişiklik edilə bilər.
8.5. Ümumi yığıncağın qərarı iştirak edən üzvlərinin səs çoxluğu ilə qəbul edilir.Hər bir üzv bir səsə malikdir.
8.6. Ümumi yığıncaq protokolla rəsmiləşdirilərək sədr və katib tərəfindən imzalanır.

9. Mərkəzin idarə heyətinin formalaşdırılması 
9.1 Mərkəzin idarə heyəti 7 nəfərdən (1 sədr. 1 müavin və 5 nəfər üzvü) ibarətdir. 9.2.Mərkəzin idarə heyəti.təsisçiləri və üzvləri sırasından ümumi yığıncağın səs coxluğu ilə 3 il muddətinə seçilir.
9.3.İdarə heyətinin sədri və müavini idarə heyətinin üzvləri sırasından üzvlərinin səs çoxluğu ilə seçilir.

10. Mərkəzin icra orqanı 
10.1. Mərkəzin icra orqanı onun idarə heyətidir.  
10.2.Mərkəzin idarə heyəti ayda bir dəfədən az olmayaraq öz iclasinı keçirir.
10.3.Mərkəzin idarə heyətinin iclası sədrinin və yaxud üzvlərinin 2/3-dən çox hissəsinin təsəbbəsü ilə novbədən kənar çağrıla bilər.  
10.4.İdarə heyətinin sədri Mərkəzin cari fəaliyyətinə rəhbərlik edir.
10.5. İdarə heyətinin sədr müavini Mərkəzin təsərrüfat işlərinə nəzarət edir və lazım gəldikdə İdarə heyətinin sədrinin tapşırığı ilə onun səlahiyyətlərini icra edir.
10.6.Mərkəzin fəaliyyətində bütün qərarlar idarə heyət üzvlərinin səs çoxluğu ilə qəbul edilir.
10.7.Yalnız idarə heyətinin sədri və onun səlahiyyətli nümayəndəsi Mərkəzin adından çıxış etmək hüququna malikdir.
10.8. Mərkəzin icra orqanı özünün filiallarını yaradır və nümayədəliklərini acır.
10.9. Mərkəzin icra orqanının səlahiyyətinə qeyri-hıkumət təşkilatları haqqıda Azərbaycan Respublikası Qanunu və Mərkəzin Nizannaməsi ilə müəyyən edilən məsələlərin həlli aiddir.
10.10.Mərkəzin icra orqanı öz fəaliyyəti haqqında ildə bir dəfə ümumi yığıncağa hesabat verir.

11. Mərkəz ilə Dövlət hakimiyyəti orqanları arasinda əlaqə 
11.1. Mərkəzin hüquqları bütün Dövlət orqanları tərəfindən qorunur. Mərkəz qanunvericilik çərçivəsində öz fəaliyyətini müstəqil olaraq həyata keçirmək hüququna malikdir.Mərkəz Dövlət hakmiyyət orqanlarından maaliyyə və digər formada yardım ala bilər.
   
12. Mərkəzin fəaliyyətinə nəzarət 
12.1.Mərkəz qanunvericiliyə müvafiq olaraq mühasibat uçotu aparır.
12.2. Mərkəzin gəlirlərinin məbləğ və strukturu, habelə onun əmlakı, xərcləri, işçilərin say tərkibi, əməyin ödənilməsi haqqında məlumatlar dövlət və komersiya sirri ola biməz.

13. Mərkəzin vergi güzəştləri
13.1. Mərkəz Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş vergi güzəştlərdən istifadə edir.

14. Mərkəzin məsuliyyəti
14.1. Mərkəz Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatları haqqında qanunundan irəli gələn tələbləri pozduqda Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq şəkildə məsuliyyət daşıyır.

15. Mərkəzin ləğvi
15.1. Mərkəz hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ləğv edilə bilər.

16. Ləğv edilərkən Mərkəzin əmlakı
16.1. Mərkəzin ləğv edilməsi ilə bağlı bütün əmlak məsələləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunur. 
Nizamnamə 02.03.2008-ci il tarixində kecirilmiş Dir Vatan Milli-Mədəniyyət Mərkəzinin təsis yığıncağının qərarı ilə təsdiq edilmişdir.

Категория: Алазанская долина | Просмотров: 1347 | Добавил: Alazan-INFO
Всего комментариев: 1
avatar
0
1
. Угъурлар арзулайырам!
avatar
Контакты
RedАкция
191024, Saint-Petersburg,
Mytninskaya st., 1/19



info@alazan.su
Mirum
sample map