Главная » 2009 » Апрель » 19 » QARA MASKALILAR HƏRBİ HİSSƏMİZƏ BASQIN EDİBLƏR
07:48
QARA MASKALILAR HƏRBİ HİSSƏMİZƏ BASQIN EDİBLƏR
Tərtərdə baş verən şok hadisə zamanı bir əsgərimiz öldürülüb, digəri yaralanıb; məsələdən ölkə rəhbərinin də xəbəri var

Tərtər rayonunun Qapanlı kəndi ərazisində yerləşən “N” saylı hərbi hissənin ermənilərlə üzə-üzə olan postuna hücum etmiş 4 kommandos 1 əsgərimizi öldürüb, 1 kiçik çavuşu isə yaralayıb. Bu heyrətamiz hadisə bir neçə ay əvvəl baş verib; onu dövlət sirri kimi gizlətsələr də, təfsilat yekunda “Yeni Müsavat”a məlum olub. Bu barədə redaksiyamızı bilgiləndirən mənbənin sözlərinə görə, ötən il dekabrın 26-dan 27-nə keçən gecə idmançı görkəmli, xüsusi hərbi geyimli, üzü maskalı 4 nəfər postumuza qəfil hücum edib.
Bu vaxt postda olan 7 əsgər və bir kiçik çavuş yatırmış. Əsgərlərin silahlarını götürən kommandoslar hərbçilərimizi yuxudan oyadaraq onların əl-qolunu bağlayıb. Bir-biri ilə Azərbaycan dilində səlis danışan kommandoslar hərbçilərimizi sorğu-suala tutublar. Onlardan biri bir əsgərin ona diqqətlə baxdığını görüb və yaxınlaşaraq onu tanıyıb-tanımadığını soruşub. Əsgərin “tanıdım” cavabından sonra həmin əsgəri və kiçik çavuşu daldanacaqdan çıxaran kommandoslar hərbçilərimizə məxsus 2 “Kalaşnikov” avtomatını və bir snayper silahını götürərək Tərtər rayonu istiqamətinə aparıblar. Onlar rayon mərkəzinin yaxınlığında əsgəri öldürüblər. Kiçik çavuş qaçıb canını qurtarmaq istəyəndə isə ona da atəş açılıb. Çavuşun öldüyünü güman edən kommandoslar ərazidən uzaqlaşıblar.
Hadisədən bir neçə saat sonra postu dəyişməyə gələn hərbçilərimiz oradakı əsgərləri əl-qolu bağlı vəziyyətdə görüb. Bundan sonra həyəcan siqnalı verilib və postdan naməlum istiqamətə aparılan əsgərlə çavuşun axtarışlarına başlanılıb. Qeyd etdiyimiz kimi, əsgərin meyiti dərhal tapılıb, çavuşu isə huşsuz vəziyyətdə bulublar. Ölkə rəhbərliyi bu hadisə ilə bağlı bilgiləndiriləndən sonra Milli Təhlükəsizlik Nazirliyi, Hərbi Əks Kəşfiyyat İdarəsi və Hərbi Prokurorluq əməkdaşlarından ibarət xüsusi əməliyyat-istintaq qrupu yaradılıb. Aldığımız məlumata görə, naməlum kommandoslar tərəfindən öldürülən əsgər 19 yaşlı Üzeyir Elşad oğlu Xasayev, yaralanan kiçik çavuş isə İslam Hüseyib oğlu Hüseyibovdur. Hər iki hərbçinin Zaqatala Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırıldıqları bildirilir. Hazırda kiçik çavuş da daxil olmaqla posta hücum zamanı orada olan 6 əsgər də həbs olunaraq istintaqa cəlb ediliblər.
Öldürülən əsgərin kommandoslardan birini tanıması faktını araşdıran istintaqçılar hələlik konkret nəticə əldə etməyiblər. Kommandosların Azərbaycan dilində səlis danışması onların erməni hərbi birləşmələrinin üzvü olmasını şübhə altına alıb. Lakin kommandosların Azərbaycanın içərilərinə doğru hərəkət etməsi onların erməni xüsusi diversiya qruplarının üzvü olması və ölkə daxilində qanlı cinayətlər törədə bilmələri ehtimalını yaradır. Digər tərəfdən, hücuma məruz qalan postdan əvvəl erməni hərbi birləşmələri ilə təmas xəttinə qədər bizim də bir neçə postumuz var. Kommandosların qoşunların təmas xəttinə yaxın ərazidə yerləşən postu qoyub ərazilərimizin içində olan bir posta hücum etməsi də anlaşılmazlıq yaradır.
Hazırda hadisənin üstündən 4 aya yaxın müddət ötür, intensiv əməliyyat-istintaq tədbirləri davam etdirilir. Əldə olunan nəticələr barədə ölkə rəhbərliyinə gündəlik məlumat verilir. Bu hadisədən 2 ay sonra Azərbaycanın müdafiə nazirinin müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general Rail Rzayev boynunun ardına açılan bir atəşlə öldürüldü. İlkin məlumatlardan generalın snayper silahından açılan atəşlə öldürülməsi versiyası irəli sürüldü. General R.Rzayevin hansı silahdan öldürülməsi barədə bu günədək rəsmi məlumat verilməyib. Xatırlayırsınızsa, generalın qətlindən sonra onun ermənilər tərəfindən öldürülməsi versiyası da irəli sürüldü. Bu versiya da bu günə kimi rəsmən təkzib edilməyib.
E.HÜSEYNOV http://www.musavat.com/site/#

Категория: Алазанская долина | Просмотров: 1169 | Добавил: Волкхан
Всего комментариев: 0
avatar
Контакты
RedАкция
191024, Saint-Petersburg,
Mytninskaya st., 1/19



info@alazan.su
Mirum
sample map