INDEPENDENT INFORMATION ANALYSIS AND SYNTHETIC SERVICE
НЕЗАВИСИМАЯ ИНФОРМАЦИОННО-АНАЛИТИЧЕСКАЯ И СИНТЕЗИЧЕСКАЯ СЛУЖБА

Земля. Alazan-INFO

Вход на сайт

Поиск

Категории раздела

Алазанская долина [879]
Наш Кавказ [942]
В мире [242]

Календарь

«  Июнь 2017  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930

Архив записей

Главная » Статьи » Алазанская долина

В ЗАКАТАЛЕ ПРОДОЛЖАЕТСЯ СТРОИТЕЛЬСТВО ПЕРВОГО ПОДЗЕМНОГО ПЕШЕХОДНОГО ПЕРЕХОДА

Zaqatala şəhərinin yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması məqsədi ilə şəhərin mərkəzində – Faiq Əmirov, Vidadi, Saleh Qocayev və Bazar küçələrinin kəsişməsində tikintisinə bir neçə il əvvəl başlanan yeraltı piyada keçidində inşaat işləri davam etdirilir.


Azərbaycan Prezidenti İlham Əliyevin bu il iyunun 6-da imzaladığı Sərəncama əsasən, piyada keçidinin tikintisinin başa çatdırılması üçün Prezidentin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 2,6 milyon manat vəsait ayrılıb.

AZƏRTAC xəbər verir ki, Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral avtomobil yolunun keçdiyi bu ərazidə günün əksər vaxtlarında nəqliyyat vasitələrinin intensiv hərəkəti müşahidə olunur, tez-tez tıxaclar yaranır. Ərazidə məktəb, xəstəxana, kənd təsərrüfatı məhsullarının satış bazarı, iri ticarət obyektləri yerləşdiyindən nəqliyyat vasitələrinin intensiv hərəkəti piyadalar üçün müəyyən çətinliklər törədir, tez-tez yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olurdu.

Tikinti işlərinin gedişi barədə məlumat verən “Körpü Bina Tikinti” MMC-nin sahə rəisi Məmmədəli Musayev AZƏRTAC-a bildirib ki, yeraltı piyada keçidi 4 giriş-çıxışlı olacaq. Yeraltı svayların vurulması işləri tam başa çatıb, torpaq işlərinin 70 faizi görülüb. Bir gün sonra keçidin döşəmə hissəsinin betonlanmasına başlanılacaq. Hazırda tikintidə 20 nəfərədək işçi çalışır.


      

Yeraltı piyada keçidinin tikintisinin iki aya başa çatdırılması nəzərdə tutulur.

Категория: Алазанская долина | Добавил: Alazan (27 Июнь 2017)
Просмотров: 57
Всего комментариев: 0

[ Получить прямую ссылку на новость ]

Share |
<
Имя *:
Email:
Подписка:1
Код *:

Поиск по сайту

Мини-чат

Наш опрос

Деятельность которого ресурса удовлетворяет ваши запросы на инфорацию?
1. Alazan.su
2. Apa-zaqatala.ucoz.com
3. Zaqatalaqezeti.com
4. Ingilo.ru
5. Saxur-info.ru
6. Saxurskiy.narod.ru
7. Avarmmm.com
8. Dinchi.tr.gg
9. Aifam.ru
10. Qax-ih.gov.az
11. Khabaxcholi.io.ua
12. Dashgin.clan.su
13. Zaqatala.my1.ru
14. Zaqatala.in
15. Zaqatala-muzey.az
Всего ответов: 560

Статистика


Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Protected by Copyscape Online Plagiarism Finder