Главная » 2012 » Май » 22 » Zakatalada Eurovision və zəlzələ
00:14
Zakatalada Eurovision və zəlzələ
Ölkə hazırda ciddi şəkildə Eurovision 2012 – yə hazırlaşırdı. Şəhərdə camaatda "bayram” əhval-ruhiyyəsi var. Avtobuslarda, metroda, taksilərdə, reklam bannerlərində hər yanda bunu görə bilirik. Ölkədə bütün nəfəslər tutulub, gündəm ancaq Eurovisiondur. Ancaq əsas bir məsələ yaddan çıxıb yaxud çıxarılıb məqsədli şəkildə.
Ölkənin bir sıra regionları təbii fəlakət(zəlzələ)in fəsadları ilə mübarizə apardığı zamanda paytaxt mediası bu ciddi məsələnin üzərinə getmir. Müşahidəçi rolunu oynayır. Zakatala və Şəkidə xalq zəlzələdən əziyyət çəkir. Zakatalaya nisbətən Şəkidə dağıntı azdır. Fikirimizi, diqqətimizi Zakatalaya cəmləmək zamanıdır artıq. Gecikirik! O regionda zəlzələdə camaat əziyyət çəkir, soyuq hava şəraitində evlərində yox küçələrdə tonqal qalayaraq oturur. (Hansı ki, heç evlərə daxil ola bilmirlər. 
Zəlzələ sonrası ölən şəxslər var. Ancaq televiziyalar heçnə olmayıbmış kimi hadisəni ikinci bəlkədə sonuncu plana atıb. Ölkə hərzamanki kimi öz dərdlərini, problemlərini görməzdən gəlir. Eurovision keçiriləcək deyə Bayılda nə qədər ailəni küçələrdə qoydular. Qış bulvarı tikəcəkdilər bütün Basin küçəsini şumladılar. Məsələnin digər bir tərəfi də var.
Sosial şəbəkələrdə bir ara Somali aksiyası var idi. Bizə Hər yer Somali, Hamımız Somaliliyik!, Sən yeməyi bəyənmirsən Somalidəkilər yeməyə heçnə tapmır tipli zadlar yazırdılar. Dirəşmişdilər Somali xalqını ağ günə çıxardacaqdılar. Psevdoxeyriyyəçilər. Çıxartdılar, çıxartmadılar daha orasını bilmirəm. 
Ardınca Türkiyənin Van şəhərində təbii fəlakət baş verdi. Yeni xeyriyyəçilərimiz işə düşdülər, qanlarında olan insan sevmək hissi oyandı. Başladılar Van üçün dəstək aksiyaları etməyə. Səmimi idi deyildi bilmirəm. Ancaq etdiklərini görürdüm. 
İndi niyə etmirlər görəsən? Niyə indi Zakatala, Şəkidə təbii fəlakətdən əziyyət çəkən ailələrə yardım etmirlər. 4-5 ailəyə bir çadır verirlər. Bunu niyə həll etmirlər? Yoxsa insanlıq üçün nəsə edilməli işlərə Azərbaycana yer yoxdu? 
Hərhalda orda ciddi problemlər var. İşiqlandırılmaya ehtiyacı var, insanların yardıma ehtiyacı var. Ancaq bizim başımız deyəsən hakimiyy-ƏT, siyas-ƏT, mühacir-ƏT, piket, Eurovision-a qarışıb…


Категория: Наш Кавказ | Просмотров: 2221 | Добавил: Alazan
Всего комментариев: 21 2 »
avatar
0
1
Recebov Receb
Bu hemise bele olubdur,Azerbaycanda hec vaxt Zaqatalani istemeyibler,ona gore de biz Zaqatalalilar hemishe bir olmaliyiq

Gunay M-va
xarice yardim gonderib reklama el atirlar,gel gorki,oz xalqina hec ne etmirler,hec ne demezdim ama etdikleri komek de samanliqda cop kimi goze gorunur

ZAQATALA, AZERBAIJAN ‎Recebov Receb yaxshi deyirsen amma Zaqatala diger sheherlere baxmiw dogurdanda medeniyyet,dunyagoruw olaraq qat qat ustundu chunki coxmilletli rayondu amma bununda bir menfi ceheti var ki bu milletler dilleri ayridi bundan bashqa milliyetchilikde var. gel obyektiv daniwaqda avar avarla olmaq isteyir bashqasi gelendede oz dilinde daniwir lap avar olmasin bashqa millet olsun mesel getirmek uchun avar dedim.. ona gorede Zaqatalada birlik ola bilmezzzzzzz

Nizami Ramazanov
sozun duzu hele hele biz somalinin vanin gunune dusmemisik ancaq bu gedisle onlardan beter gune duseceyik

Fidan Shabanova
Bele bir mesel var,toxun acdan ne xeberi var. Bularinkuda,beledide bize hecne olmadi qalanlar cehenneme dyillerde. Allah ozu komey olsun ne dym basqa

Zulinka Alizade
Bunu kim yazibsa HALALDI. minnetdariq.icimizde olanlarin hamisini dediz.zaqataladanam,ve heqiqetende veziyyet cox gergindi. insanlarimizin coxu qorxu,stresden xestelik tapib.ve cadir ustunde qirgin gedir, sad

Nilufer Nilüfer
Ne qeder tenqid edirsiz.onsuzda esidmirler bu sozleri,yada esitmey istemirler.

Zulinka Alizade
Bu movzunu bawqa sehifelerde boluwmeliyik,ancaq ozumuz yazib ozumuz oxuyuruq.
1-1 2-2
avatar
Контакты
RedАкция
191024, Saint-Petersburg,
Mytninskaya st., 1/19



info@alazan.su
Mirum
sample map